Südüm yoxdur

Təbiətdə anadangəlmə süd verməyə qabil olmayan qadınla­r cəmi 2,4%, müxtəlif fizioloji səbəblərə görə sonradan laktasiya prosesi pozulan qadınların isə 1 – 5% təşkil etmələrindən asılı olmaya­raq, xüsusən sənayeləşmiş ölkə və şəhər­lər­də statistik göstəricilərə baxmayaraq “südüm yoxdur” yaxud “südüm kəsildi” təzad doğuran məşhur ifadələrdəndir.

Bunun başlıca səbəbi obyektiv və subyektiv əsaslara görə kifayət qədər maariflən­məyən gənc ananın özünə inamının az olması nəticəsində bir sıra iqtisadi, sosial, mədəni təsirlərə tez məruz qalmasıdır. Əksinə, süd əmizdirmə­yin həyat tərzinin təbii tərkib hissəsi olduğu, bu sahədəki təcrübənin nəsildən – nəsilə ötürüldüyü və yüksək qiymətləndirildiyi cəmiyyətlərdə isə hətta ana, yaxud uşağın səhhətində nasazlıqlar olduğu halda belə laktasiya prosesi uğurla həyata keçirilir.
Davamı →

Ana südünün həyati əhəmiyyətli 10 faydası

Zülallar, karbohidratlar, minerallar, vitaminlər, yağlar… Körpənin ehtiyacı olan bütün qida elementlərini ehtiva edən ana südü təbiətin ən gözəl möcüzəsidir.  Xüsusilə ilk 6 ayda kifayət qədər çəki alan körpəyə ana südündən başqa heç bir əlavə qidaya ehtiyac olmur. Ana südünün ən əhəmiyyətli təsirlərindən biri ana və körpə arasındakı bağı gücləndirməsidir. Bu səbəbdən də doğuşdan dərhal sonra körpə ana döşü ilə tanış olmalıdır. Körpə ana südü ilə qidalanmağa nə qədər erkən başlasa, ana südü də o qədər sürətlə gələcək. 

1. Piylənmənin qarşısını alır
Əmizdirməyə başlanan ilk vaxtlar gələn südün tərkibi ilə əmizdirmənin sonundakı süd arasında fərq var. Ön süddə zülal, son süddə isə yağ nisbəti yüksək olur. Bu da körpədə doyma hissi təmin edərək piylənmənin qarşısını alır. Ana südü yarımçıq doğulan körpə üçün ən uyğun komponentdir. Bu süd sayəsində yarımçıq körpə kifayət qədər çəki alır.
Davamı →

Ana südünü necə saxlamalı?

Bir çox işləyən anaların körpələrinin ana südü ilə böyütməsinə maneə olur gündəlik iş rejimləri, ancaq ana südünün düzgün sağılma və saxlanma qaydalarını bilməklə bu problemi həll etmiş olacaqlar, körpələrimiz də ana südü ilə böyümüş olacaqdır.

ana südü
Ana südü nə qədər saxlamaq olar sualına müxtəlif zamanları qeyd edə bilərik, amma düzgün saxlanmasına diqqət edilməli:
Davamı →

Ana südü antibiotik əvəzləyicisi ola bilərmi?


Fotoda: Solda görsənən zərərverici bakteriyalar toplaşaraq ərtafında qoruyucu biolent yaratmışdır. Sağda isə həmin bakteriyaların üzərinə ana südü şəkərləri əlavə edilmiş və nəticədə həmin biolent dağıdılmışdır ki, südün tərkibində olan anti-bakterial maddələr hücuma keçə bilsin.
 
Ana südü mürəkkəb tərkibə malik olmaqla yanaşı, tərkibi daim dəyişməkdədir. Zülallar, yağlar və şəkərlər qarışığından ibarət olan ana südü körpələrə bakterial infeksiyalardan qorunmasına səbəb olur. Nəticədə alimlər ana südü tərkibindən ilhamlanaraq yeni nəsil, zərərsiz antibiotiklər hazırlamağın real olduğu qənaətə gəliblər.
Davamı →

Arpa suyu: süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan isveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson  süd artıran reseptləri ilə tanınmışdır.


Mütəxəssis qeyd edir ki, onun tövsiyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır. Lakin unutmaq lazım deyil ki, südün artırılması üçün körpə mütləq şəkildə ən azı sutkada 10-12 dəfə əmizdirilməlidir. Əgər müəyyən narahatlıqlar səbəbi ilə körpə döşdən birbaşa əmməkdən imtina edirsə, o zaman ana ən geci 2 saatdan bir südünü sağmalı və alternativ əmizdirmə üsulları ilə körpəsinə verməlidir. Düzgün təşkil edilən əmizdirmə zamanı südartıran vasitələr də daha çox fayda verməkdədir.
Davamı →

Ana südü “ideal qida” deyil!

Dünyada elə bir ana yoxdur ki, ana südünün övladı üçün necə mühüm bir nemət olduğunu bilməsin. Bəs hər bir ananın bunu bilməsinə, illər boyunca ana südünün təbliğ olunmasına baxmayaraq, niyə analar hələ də övladlarına süni qida verirlər? Doğum evlərinin divarlarından asılan təbliğat posterlərində ana südünün necə əvəzsiz qida olduğu yazılır, ginekoloqlar, pediatrlar analara balalarını əmizdirməyi tövsiyyə edir, ana südünün mühümlüyü haqqında kitablar yazılır, təşkilatlar təsis edilir.

Hətta süni uşaq qidası istehsal edən şirkətlər belə öz məhsullarını reklam edərkən ana südünün uşaqlar üçün ən sağlam qida olduğunu vurğulayırlar. Niyə bütün bunlar anaları ana südü ilə qidalandırmağa inandırmaq və ruhlandırmaq üçün kifayət etmir?
Davamı →

Uşaqlarınıza yalnız ana südü verin!

Ana südünün faydaları ilə bağlı məlumat verən pediatr Vaqif Qarayev bildirir ki, doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2 yaşınadək ana südü verməklə dünyada 800 000 min uşağın həyatı xilas olunur: “Ana südünün tərkibindəki bioloji aktiv maddələr erkən yaşlı uşaqların ölümünə səbəb olan problemlərdən — pnevmoniya və diareyadan qoruyur. Döşlə əmizdirən analarda isə döş vəzisi və yumurtalıq xərçənginin yaranma ehtimalı azalır".

V.Qarayev deyir ki, nə qədər tərkibi zəngin süni qarışımlar hazırlansa da, bu, ana südünü əvəz edə bilməz. Ana südünün tərkibindəki inqredientlər uşağın immun sisteminin güclənməsinə kömək edir, xəstəliklərə, ətraf mühitə qarşı müqavimətini artırır. Xüsusilə uşağın doğulduğu saatlarda ilkin döşə qoyma anlayışı var. Bu zaman verilən südün tərkibi uşağın mədə-bağırsağına, immun sisteminə çox yaxşı təsir edir:
Davamı →

Süddən nə zaman ayırmalı?

Qəribə də olsa, sizdən körpənizi süddən nə vaxt ayıracağınız barədə özünüzün bu barədə düşündüyünüzdən daha çox soruşacaqlar. Lakin tələsməyin, səbrli olun və bir neçə qaydanı nəzərdə saxlayın:

1. Körpənizi süddən ayıracağınız müəyyən bir gün təyin etməyin.

2. Bilin ki, siz körpənizi süddən zamanı gəldikdə ayıracaqsınız.

3. Yadda saxlayın: körpəni süddən ayırmaq üçün müəyyən bir müddət yoxdur.
Davamı →

Süddən təcili ayırma

Vəziyyətlər:
*ananın hospitalizə edilməsi
*əmizdirmə ilə uyğun gəlməyən dərmanların qəbulu zərurəti
*ailədə ananın getmək məcburiyyətində olması
*körpə döşü dişləyir və ya zədələyir
*digər gözlənilməz hadisələr.

İlk baxışdan əmizdirməyə davam etmənin mümkün olmaması kimi görünən halların əksəriyyətində, südəmizdirməyə davam etmək və ya vəziyyəti yaxşılaşdırmaq olar:
Davamı →

Gecə əmizdirilmələrinin dayandırılması

Gecə tez-tez süd əmmək, yüksək tələbatlı körpələr üçün səciyyəvidir. Bunu, sevimli bir restoranda yeməyə bənzətmək olar. Sakit abu-hava, zövqünüzə yaxşı bələd olan ofisiant, ləzzətli yeməklər və effektiv menecment. Həyat gözəldir! Heç gecə qurmanından incimək olarmı?

Bu problemin həlli yolunu axtarmazdan əvvəl, özünüzdən sual verin, həqiqətənmi gecə əmizdirmələri problemdir? Bu dövr öz-özünə keçib gedəcəkdir. Bir gün, tezliklə, körpəniz daha bütün gecəni süd əmməyəcək və hər ikiniz səhərə qədər yatacaqsınız.
Davamı →